15:14 18-06-2013
news_image

Aralıq dənizi Oyunlarında azərbaycanlı hakim

İyun 20-30-da Türkiyənin Mersin şəhərində 17-ci Aralıq dənizi Oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Aralıq dənizi Oyunları çərçivəsində güləş yarışları iyunun 22-dən 26-dək baş tutacaq.

Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışlarda FİLA koordinatoru kimi iştirak edəcək, yarışların təşkilinə və gedişinə nəzarət edəcək.