22:32 19-06-2013
news_image
2168
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov yenə heç-heçəyə razılaşdı - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 6-cı günündə Şəhriyar Məmmədyarov növbəti görüşünə çıxıb.

Qrossmeysterimiz Rusiyadan olan şahmatçı Dmitri Andreykinlə münasibətlərinə aydınlıq gətirib. 1 qələbə qazanıb, ardıcıl 4 dəfə heç-heçə edən Məmmədyarov növbəti dəfə xalları yarı bölüb.

Digər görüşlərdə isə Vişvanatan Anand Hikaru Nakamuraya məğlub olub. Fabiano Karuana ilə Vladimir Kramnik, Boris Gelfandla Maqnus Karlsen, Aleksandr Morozeviçlə Sergey Karyakin də bərabərə qalıb.

Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.


19 iyun
VI tur

Aleksandr Morozeviç (Rusiya, 2760) - Sergey Karyakin (Rusiya, 2782) - 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2774) - Vladimir Kramnik (Rusiya, 2803) - 0,5:0,5
Dmitri Andreykin (Rusiya, 2713) - Şəhriyar Məmmədyarov (2753) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2786) - Hikaru Nakamura (ABŞ, 2784) - 0:1
Boris Gelfand (İsrail, 2755) - Maqnus Karlsen (Norveç, 2864) - 0,5:0,5


Xal durumu: Nakamura – 4,5, Gelfand – 4, Məmmədyarov, Karlsen – 3,5, Karuana, Andreykin – 3, Karyakin – 2,5, Morozeviç, Anand, Kramnik – 2.