04:24 19-06-2013
news_image
469
FUTBOL

“Yuventus” heyətini “Torino”nun müdafiəçisi ilə gücləndirir

İtaliya çempionu “Yuventus” “Torino”nun müdafiəçi Ancelo Oqbonna ilə ilkin razılığa gəlib. Apasport.az saytının məlumatına görə, artıq hər iki klub 25 yaşlı futbolçunun keçidinin şərtlərini müzakirə ediblər.

Yaxın günlərdə Oqbonnanın “Qoca Sinyora” ilə müqavilə imzalaması gözlənilir. Ancelonun kompensasiyasının dəyəri 14 milyon avro təşkil edir.

Bundan başqa, “Yuventus” “Torino”ya iki futbolçu verəcək. Bunlardan biri İtaliyanın gənclər millisinin üzvü Çiro İmmobiledir. Lakin digər oyunçunun adı hələ ki məlum deyil. Ehtimal edilir ki, ikinci futbolçu ya Reto Siqler, ya da Frederik Sorensen olacaq.