14:58 19-06-2013
news_image
1008
DÖYÜŞ NÖVLƏRİ

Olimpiya mükafatçımız ailə həyatı qurur - FOTO

Boks üzrə dünya və Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov 27 yaşında subaylığın daşını atır. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvünün toyu iyunun 22-də Dağıstanın Kaspiysk şəhərində keçiriləcək. Toy məclisində Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi, eləcə də yığma komandamızın üzvləri də iştirak edəcəklər.