17:54 19-06-2013
news_image

Universiadaya tam heyətlə

İyulun 6-da Kazanda start götürəcək Universiadada iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamız Tatarıstan paytaxtında kişilərin yarışına tam heyətlə qatılacaq.

Belə ki, məşqçilər korpusu Universiadada Vüqar Şirinli (60 kq), Tərlən Kərimov (66 kq), Orxan Dünyamalıyev (73 kq), Məhəmmədəli Mehdiyev (81 kq), Sain Məmmədov (90 kq), Səbuhi İbrahimov (100 kq) və Emil Tahirova (+100 kq) şans verəcək.

Qeyd edək ki, yarış iyulun 17-də bitəcək.