14:01 20-06-2013
news_image
1318
STOLÜSTÜ OYUNLAR

“Teymur Rəcəbovun köynəyi haqda heç nə bilmirəm”

“Biz ötən ilin oktyabrında klublararası Avropa çempionatında SOCAR-la əməkdaşlıq etdik. Onu qeyd etməliyəm ki, sənin komandanda yalnız ulduz şahmatçılar olanda qalib gəlmək çox çətindir. Çünki Bakı klubundan hamı qələbədən başqa heç nə gözləmirdi”. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı qrossmeyster Veselin Topalov deyib.

2005-ci ildə dünya çempionu olan təcrübəli zəka sahibi SOCAR-ın uğurlarında kapitan Vladimir Tukmakovun böyük rolu olduğunu düşünür. Topalovdan ukraynalı mütəxəssisin Azərbaycanda “şahmatın Mourinyo”su adlandırılmasına da münasibət soruşulsa da, o bu suala konkret cavab verməyib: “Biz həmin çempionatda sonda qalib olsaq da, bu ağır mübarizədə oldu. Tukmakov bizim aramızda o dərəcədə ağıllı və diplomatik balans yaratdı ki, turnirin gedişində heç bir münaqişəmiz olmadı. Hətta mən ilk turda məğlubiyyətdən sonra ünvanıma heç kimdən ağılsız söz eşitmədim”.

Ukrayna “Sport-express”inə müsahibə verən Veselin SOCAR-dakı komanda yoldaşı Teymur Rəcəbovun ardıcıl bir neçə ildir eyni köynəyi geyməsi haqda da danışıb: “Mən buna çox şübhə edirəm. Axı, biz eyni komandada oynayırıq və belə şey olsaydı diqqətimi cəlb edəcəyini düşünürəm (gülür). Belə götürəndə azərbaycanlı qrossmeyster qismətə inanan adam təsiri də bağışlamır. Ümumiyyətlə, mən Teymurun köynəyi haqda nəsə bilmirəm. Əvəzində Ruslan Ponomaryovun məşhur sviteri barədə məlumatım var. Düzdür, o daha bu geyimdə oynamır. Açıq deyim ki, mən belə də bilməzdim. Fikrimcə, bütün bunlar heç də gigenik deyil”.