14:54 20-06-2013
news_image

Yığmamız Gürcüstana yollanır

Qəbələdə təlim-məşq toplanışını başa vuran taekvondo üzrə Azərbaycan millisi hazırlıqların növbəti mərhələsini davam etdirmək üçün Gürcüstana yollanır. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız sabah 18 nəfərlik heyətlə Qudauri şəhərinə gedəcək. İdmançılarımız 12 gün ərzində əsasən fiziki, texniki məşqlərə üstünlük verəcək.

Kişilərdən ibarət millinin baş məşqçisi Ələkbər İmaməliyev və qadınlardan ibarət yığmanın çalışdırıcısı Gündüz Abdullayev səfərə Mikayıl Əliyev (54 kq), Maqomedyasin İbrahimov (58 kq), Samir Cavadlı (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq), Ceyhun Həsənli (+87 kq), Namaz Heydərov (68 kq), Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Mikayılova (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva (62 kq), Aytən Səmədli (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevanı (73 kq) aparacaq. Komanda vətənə iyulun 4-də dönəcək.

Qeyd edək ki, təlim-məşq toplanışları iyulun 15-21-də Meksikanın Puebla şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.