16:54 20-06-2013
news_image
959
DİGƏR NÖVLƏR

Avropa çempionumuzun şərəfinə Qala-konsert

İyunun 24-25-də bədii gimnastika üzrə 20-ci Azərbaycan birinciliyi keçiriləcək. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq yarışda 133 fərdi gimnast iştirak edəcək.

Onlar 6 yaş kateqoriyasına və 7 qrup komandasına bölünəcəklər. Yəni çempionatda senior və yuniorlar, həmçinin 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü iştirakçılar öz bacarıqlarnı nümayiş etdirəcəklər.

İdmançılar yalnız mütləq çoxnövçülükdə medallar uğrunda mübarizə aparacaqlar. “Neftçi” və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Spartak”, “Sərhədçi”, “Bakı” və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastlarından başqa, Xırdalan, Qusar, Gəncə və Sumqayıt idmançıları da yarışacaqlar. İsmayıllı gimnastları isə yalnız Qala-konsertdə məharətlərini göstərəcəklər.

Qala-konsert Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr ediləcək.

Qeyd edək ki, yarışların saat 10:00-da başlayacaq.