22:51 21-06-2013
news_image
1856
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov yenə “sülh”ə razılaşdı - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 7-ci günündə Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.

Turnirdə 1 qələbə qazanıb, ardıcıl 5 dəfə heç-heçə edən qrossmeysterimiz hindistanlı şahmatçı Vişvanatan Anandla qarşılaşıb. Təmsilçimiz növbəti dəfə də xalları yarı bölüb.

Digər görüşlərdə isə Hikaru Nakamura Boris Gelfanda, Vladimir Kramnik Dmitri Andreykinə uduzub. Maqnus Karlsenlə Aleksandr Morozeviç və Sergey Karyakinlə Fabiano Karuana isə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.

21 iyun
VII

Maqnus Karlsen (Norveç, 2864) - Aleksandr Morozeviç (Rusiya, 2760) – 0,5:0,5
Hikaru Nakamura (ABŞ, 2784) - Boris Gelfand (İsrail, 2755) – 0:1
Şəhriyar Məmmədyarov (2753) - Vişvanatan Anand (Hindistan, 2786) – 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2803) - Dmitri Andreykin (Rusiya, 2713) – 0:1
Sergey Karyakin (Rusiya, 2782) - Fabiano Karuana (İtaliya, 2774) – 0,5:0,5


Xal durumu: Gelfand –5, Nakamura – 4,5, Məmmədyarov, Karlsen, Andreykin – 4, Karuana, – 3,5, Karyakin –3, Anand, Morozeviç – 2,5, Kramnik – 2.