13:09 21-06-2013
news_image
823
DİGƏR NÖVLƏR

Yığmamız İngiltərəyə yollanır

Sabah paralimpiyaçı kamandan oxatanlarımız İngiltərəyə yola düşəcək. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd Stok Mandevil şəhərində beynəlxalq turnirdə iştirak etməkdir.

Komandamız yarışa 5 nəfərlik heyətlə gedəcək. Baş məşqçi Tahir Adilovun komandasının bu turnirdə mübarizə aparması Tailandın paytaxtı Banqkokda keçiriləcək dünya çempionatına hazırlığın son mərhələsidir.