11:16 24-06-2013
news_image

Kliçko turnirindən 5 medalla

Ukraynanın Berdıçev şəhərində Kliçko qardaşlarının şərəfinə gənclər arasında ənənəvi boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 14-cü dəfə keçirilən yarışda Azərbaycan milli komandası 1 gümüş və 4 bürünc medalın sahibi olub.

91 kq çəki dərəcəsində mübarizə aparan Sadıq Səmədov finala vəsiqə qazansa da, zədələndiyindən Qazaxıstan təmsilçisi Maqzan Bazarbaya qarşı döyüşə bilməyib. 81 kq çəki dərəcəsində hər 2 bürünc medal Azərbaycana gəlib. Rahil Məmmədli və Emil Mövsümzadə turniri 3-cü yerdə başa vurublar. Hidayət Musayev də (69 kq) bürünc medalla kifayətlənməli olub. Superağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov da yarımfinalda uduzaraq, 3-cü yeri tutub.

Beləliklə, millimiz 1 gümüş və 4 bürünc medalla ümumkomanda hesabında 6-cı yeri tutub. Ukrayna 1-ci, ABŞ komandası isə 2-ci nəticə göstərib.