12:25 24-06-2013
news_image
1114
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan millisi Minskdə Universiada hazırlığına başladı

İyul 10-16-da Rusiyanın Kazan şəhərində Tələbələrin 27-ci Ümumdünya Universiadası keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda üzvlərinin iştirak etməsi nəzərdə tutulub. Universiadaya daha yaxşı hazırlaşmaq məqsədilə məşqçilər korpusunun rəyinə əsasən iyunun 23-dən iyulun 8-dək Minskdə Belarus yığma komandası ilə birgə təlim-məşq toplanışında iştirak edir.

Hazırlığa baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər David Kurtsiya və Semyon Çterovun başçılığı altında 14 güləşçi qatılıb. Heyətdə Mahmud Məhəmmədov, Yaşar Əliyev (hər ikisi 55 kq), Hacı Əliyev (60 kq), Ağahüseyn Mustafayev, Ruslan Dibirhacıyev (hər ikisi 66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev, Aleksandr Qostiyev (hər ikisi 84 kq), Hacı Şərifov, Şərif Şərifov, Xetaq Qazyumov (hamısı 96 kq), Cəmaləddin Məhəmmədov, Aslan Dzebişov (hər ikisi 120 kq) yer alıb.