11:52 25-06-2013
news_image
1159
DİGƏR NÖVLƏR

Lent.az-ın 5 yaşı tamam olur

Bu gün Lent.az İnformasiya Agentliyinin yarandığı gündür.

2008-ci il iyunun 25-dən hər gün, hər dəqiqə oxucuları üçün obyektiv, operativ və dolğun xəbər lenti hazırlayan, müxtəlif səpkili layihələr həyata keçirən agentliyin 5 yaşı tamam olur.

Hazırda Lent.az Azərbaycanda ana dilimizdə ən böyük xəbər portalıdır. Portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir. Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.

Lent.az maraqlı layihə və rubrikaları, kəsilməz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.