14:18 28-06-2013
news_image
815
DİGƏR NÖVLƏR

Millimiz İngiltərədən bürünclə qayıdır

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqlarının Stok Mandevil şəhərində paralimpiyaçı kamandan oxatanlar arasında keçirilən komanda və fərdi yarışlar başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa Cahan Musayev, İlqar Abbasov, Zinyət Vəliyeva, Əli Nəbiyev və Əhməd Yusifovdan ibarət heyətlə qatılan Azərbaycan millisi 1 bürünc medal qazandırıb.

Yığmamızda mükafata Zinyət sahib olub. O, komanda yarışlarında iştirak edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Fərdi yarışlarında isə Abbasov və Vəliyeva 4-cü yeri tutublar.