18:05 28-06-2013
news_image
1234
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli daha bir rəqibinə uduzdu

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün heç də uğurlu olmayıb.

Belə ki, Peter Zayzenbaherin başçılıq etdiyi komandada heç bir idmançımız irəliləməyi bacarmayıb. Cüdoçularımızdan İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq) və Elxan Məmmədov (100 kq) mövqelərini qoruyublar. Onlar son siyahıdakı kimi yenə müvafiq olaraq, 28-ci, 8-ci, 11-ci, 24-cü, 11-ci və 2-ci yeri tuturlar.

Komanda yoldaşlarından fərqli, Tərlan Kərimov (66 kq) 2, Elnur Məmmədli (81 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) hərəyə 1 rəqibini irəli buraxıb. Cüdoçularımız müvafiq olaraq, 29-cu, 39-cu, 7-ci, 24-cü və 40-cı yerlərə eniblər.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.