12:35 02-07-2013
news_image
985
DİGƏR NÖVLƏR

2 iyul Beynəlxalq İdman Jurnalistləri Günüdür

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür. Apasport.az saytının məlumatına görə, hər ilin iyulun 2-də dünyada idman jurnalistlərinin peşə bayramı qeyd olunur.

Belə ki, 1924-cü ilin iyulun 2-də Fransanın paytaxtı Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. Məhz bu bayramın qeyd olunması da bununla bağlıdır.

Saytımız ölkəmizdə fəaliyyət göstərən bütün idman yazarlarına can sağlığı, peşə fəaliyyətlərində uğurlar arzulayır və onların bu bayramını səmimi qəlbdən təbrik edir!