16:41 04-07-2013
news_image
927
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov heç-heçə ilə başladı – YENİLƏNİB

Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində keçirilən yarışda qüvvəsini sınayan 12 qrossmeyster ilk matçlarını keçirib.

Asiya ölkəsinə yollanan yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov da bu gün ilk oyununda macarıstanlı Peter Leko ilə üz-üzə gəlib. Şəhriyar ilk qarşılaşmanı qara fiqurlarla oynayıb. Təmsilçimiz 51-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

Ümumiyyətlə isə ilk tur qara fiqurlarla oynayanlar üçün uğurlu alınıb. Belə ki, “ağlar”ın qalib gəlmədiyi turda 3 oyun heç-heçə bitib, 3-də isə “qaralar” qalib gəlib.

I tur
Aniş Giri (Hollandiya, 2734) – Sergey Karyakin (Rusiya, 2776) - 0:1
Aleksandr Morozeviç (Rusiya, 2736) - Van Yue (Çin, 2705) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2773) – Veselin Topalov (Bolqarıstan, 2767) - 0:1
Peter Leko (Macarıstan, 2737) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - 0,5:0,5
Qata Kamski (ABŞ, 2763) – Aleksandr Qrişuk (Rusiya, 2780) - 0:1
Vasili İvançuk (Ukrayna, 2733) - Van Hao (Çin, 2752) - 0,5:0,5

Qeyd edək ki, II turun oyunları sabah keçiriləcək.