13:12 04-07-2013
news_image
1333
DÖYÜŞ NÖVLƏRİ

“Qəbələ” “Fənərbaxça” ilə qarşılaşacaq

Təkcə futbol deyil, digər növlərin də inkişafını diqqət mərkəzində saxlayan "Qəbələ" İdman Klubu daha bir layihə reallaşdırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Qəbələ şəhəri 15 yaşadək futbolçular arasında keçirilən beynəlxalq II Qəbələ Kubokunun ardından möhtəşəm boks matçına ev sahibliyi edəcək.

Belə ki, Qəbələdə ilk dəfə olaraq "Qəbələ" və Türkiyənin "Fənərbaxça" boks komandaları üz-üzə gələcək. Komandalar aşağıdakı çəki dərəcələrində münasibətlərini aydınlaşdıracaq:

52 kq: Rüstəm Musayev - Muhammed Ünlü
60 kq: Ruslan Alıyev - Volkan Gökçək
69 kq: Hidayət Musayev - Hakan Kaynar
69 kq: Şahin Həsənov - Yakup Şənər
75 kq: Ramil Əhmədov - Osman Aydın
75 kq: Eldar Quliyev – Öndər Şipal
81 kq: Ruhin Şabanov - Avni Yıldırım
91 kq: Rahil Məmmədli - Seyda Kəsər

Qeyd edək ki, bu matç iyunun 7-si saat 21:00-da Qəbələ Olimpiya İdman Kompleksində baş tutacaq.