14:37 05-07-2013
news_image
972
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovdan ardıcıl 2-ci heç-heçə - YENİLƏNİB

Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində keçirilən yarışda qüvvəsini sınayan 12 qrossmeyster növbəti matçlarını keçirib.

Asiya ölkəsinə yollanan yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov bu gün ağ fiqurlarla ilk oyununda özünü sınayıb. İlk turda qaralarla macarıstanlı Peter Leko ilə xalı bölən şahmatçımız ABŞ təmsilçisi Qata Kamski ilə də bərabərə qalıb. Görüş 36-cı gedişdə sülh razılaşması ilə bitib.

Ardıcıl 2-ci heç-heçəsini edən şahmatçımız ümumilikdə 1 xal toplayıb. Ümumiyyətlə isə II turda 5 oyun heç-heçə başa çatıb. Yalnız Sergey Karyakin qələbə qazanıb. Ardıcıl 2-ci qələbə ilə rusiyalı vahid lider olub.

II tur
Sergey Karyakin (Rusiya, 2776) - Van Hao (Çin, 2752) - 1:0
Aleksandr Qrişuk (Rusiya, 2780) - Vasili İvançuk (Ukrayna, 2733) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - Qata Kamski (ABŞ, 2763) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2767) - Peter Leko (Macarıstan, 2737) - 0,5:0,5
Van Yue (Çin, 2705) - Boris Gelfand (İsrail, 2773) - 0,5:0,5
Aniş Giri (Hollandiya, 2734) - Aleksandr Morozeviç (Rusiya, 2736) - 0,5:0,5


Turnir cədvəli: Karyakin – 2, Topalov, Qrişuk – hər ikisi 1,5, Məmmədyarov. Morozeviç, Van Yue, Leko, İvançuk – hamısı 1, kamski, Giri, Van Hao, Gelfand – hamısı 0,5

Qeyd edək ki, III turun oyunları sabah keçiriləcək.