10:34 05-07-2013
news_image
831
DİGƏR NÖVLƏR

Millimiz Çexiyanı məğlub etdi

Bu il iyulun 22-dən 28-dək Fransanın Kamrai şəhərində Avropa çempionatının B divizionunda mübarizə aparacaq Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Adil Paşayevin yetirmələri Polşa toplanışını başa vurub Çexiyaya yollandıqdan sonra bu ölkədə ilk matçına çıxıb.

Millimiz Praqada Çexiya yığmasına 3:2 hesabı ilə qalib gəlib. Matçın birinci yarısında Anastasiya Sqanskaya, Yuliya Muradi və Fəridə Məmmədovanın vurduğu qollardan sonra meydan sahibləri fərqi azaltmağa müvəffəq olub. Çexiya yığması ilə daha 1 matç keçirəcək yığmamız Avstriya millisi ilə də qarşılaşmağı planlaşdırıb.

Qeyd edək ki, iyulun 22-də start götürəcək Avropa çempionatında millimizin A qrupundakı rəqibləri Ukrayna, Fransa və Litva təmsilçiləri olacaq. B qrupunda isə İtaliya, Rusiya, Polşa və Avstriya hokkeyçiləri yarışacaqlar.