11:03 05-07-2013
news_image
803
DİGƏR NÖVLƏR

Yığmamız Uelslə qarşılaşacaq

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, hazırlığın növbəti mərhələsini Çexiyanın paytaxtı Praqada keçirən baş məşqçi Saleh Hüseynovun rəhbərlik etdiyi yığmamız meydan sahibləri ilə qarşılaşıb.

İlk sınaq qarşılaşmasında millimiz 4:3 hesablı qələbə qazanıb. Hokkeyçilərimiz növbəti yoxlama oyununda qarşıdakı Avropa çempionatında eyni qrupda çıxış edəcək Uels yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz avqustun 5-dən 11-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa çempionatına hazırlaşır.