16:29 05-07-2013
news_image
880
DİGƏR NÖVLƏR

Millilərimizdən yoxlama oyunlarında fərqli nəticələr

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası iyulun 22-dən 28-dək Fransanın Camrai şəhərində Avropa çempionatına hazırlıq məqsədilə növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Adil Paşayevin yetirmələri Çexiya yığması ilə 2-ci matçda da qalib gəlib - 4:0. Yuliya Muradi 3, Gülər Aydınlı isə 1 qolun müəllifi olub. Yığmamız meydan sahiblərini ilk oyunda 3:2 hesabı ilə məğlub etmişdi.

Qadın hokkeyçilərimiz bu gün Avstriya millisi ilə oyun keçirməyi razılaşdırıb. Paşayevin komandası çexlərlə iyulun 7-də də qüvvəsini sınayacaq. Ertəsi Vətənə qayıdacaq hokkeyçilərimiz qitə çemionatına son hazırlığı Bakıda keçirəcəklər.

Qadınlarımız kimi, kişi otüstü hokkeyçilərdən ibarət milli komandamız da Avropa çempionatına hazırlığının növbəti mərhələsini Çexiyada keçirir. Praqada təlim-məşq toplanışında olan Saleh Hüseynovun yetirmələri məsul turnirdə eyni qrupda çıxış edəcəkləri rəqibə - Uels yığmasına yoxlama oyununda 1:6 hesabı ilə uduzub. Kişilərimiz iyulun 6-da Çexiya yığması ilə daha bir görüş keçirəcəklər.

Qeyd edək ki, Hüseynovun yetirmələri çexlərlə ilk oyunda 4:3 hesabı ilə qalib gəlib.