18:00 07-07-2013
news_image
1125
DİGƏR NÖVLƏR

Kazanda Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirildi – FOTOSESSİYA

Rusiyanın Kazan şəhərində 27-ci Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, iyulun 6-dan 17-nə qədər davam edəcək yarışda Azərbaycan yığmasının bayraqdarı 2010-cu ildə Sinqapurda Yeniyetmələr arasında keçirilmiş I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qızıl medal qazanmış Nicat Rəhimov olub.

“Kazan Arena”da baş tutan mərasimdə Rusiya prezidenti Vladimir Putin, Beynəlxalq Tələbə İdmanı Federasiyasının (FİSU) prezidenti Klod Lui Qalen, Tatarıstan prezidenti Rüstəm Minnixanov və başqa rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, mərasimin bədii hissəsi 3D formatında təşkil edilib.