08:08 08-07-2013
news_image
794
DİGƏR NÖVLƏR

Azərbaycanlı atlet Universiadada 5-ci oldu

Azərbaycanın ağır atletika yığması Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadasında mübarizəyə start verib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Yuliya Derkaç mübarizəyə qoşulub. O, qadınlar arasında 53 kq çəki dərəcəsində yarışıb.

Yuliya birdən qaldırma hərəkətinə nisbətən uğursuz başlasa da, sonda liderliyi əldə edib. Derkaç 86 kq-ı uğurla başı üzərinə qaldırmaqla birdən qaldırma hərəkətində bütün rəqiblərini üstələyib.Təkanla qaldırma hərəkəti atletimiz üçün uğursuz alınıb. Birinci yanaşmasında 101 kq-ı ram edən Yuliya, sonrakı iki cəhddə 105 kq-ın öhdəsindən gələ bilməyib. Nəticədə Derkaç bu hərəkətdə 5-ci olub.

Bununla da 2 hərəkətin cəmində 187 kq (86 kq + 101 kq) nəticə göstərən Yuliya, ümumi sıralamada da 5-ci yeri tutub. İdmançımızı bürünc medaldan cəmi 2 kq ayırıb.