22:01 08-07-2013
news_image

Kazanda ilk medal cüdoçumuzdan gəldi

Azərbaycan idmançıları Kazanda, XXVII Ümumdünya Universiadasında ilk medalı bu gün cüdo yarışlarında qazanıblar. Apasport.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev 5 idmançıya - Maykl Harrison (ABŞ), Tomaz Kosta (Portuqaliya), Senqsu Lii (Koreya), Yaromir Yezekə (Çex Respublikası) qalib gələrək, yarımfinalda yapon cüdoçusu Takanori Naqaseyə uduzub.

Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada Çin idmançısı Hayuan Qauya qalib gəlib.

Qeyd edək ki, Məmmədəli 1993-cü ildə Bakının Əmircan qəsəbəsində anadan olub. O, 8 ildir ki, idmanla məşğuldur.