22:16 08-07-2013
news_image

İdmançımız qazandığı nailiyyətdən danışdı

“Ötən il Gürcüstanda keçirilən dünya kuboku yarışlarında da üçüncü olmuşdum. Bura yalnız qələbə üçün gəlmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı cüdoçu Məmmədəli Mehdiyev deyib.

O, Kazanda keçirilən XXVII Ümumdünya Universiadasında ölkəmizin ilk medalını qazanıb.

81 kq çəki dərəcəsində yarışan idmançımız əldə etdiyi bürünc mükafatdan sonra fikirlərini bildirib: “Rəqiblərimdən koreyalı Seinqsu Lii və yapon Takanori Naqase çox güclü idilər. Koreyalını uda bilsəm də, yapon idmançı ilə görüşdə qələbə qazana bilmədim. Bu həyatda qazandığım hələlik ən böyük uğurumdur. Lakin qarşıdakı əsas hədəfim Bakıda 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edərək, qızıl medal qazanmaqdır. Qələbəmə görə, dövlətimizə, ailəmə və məşqçim Tərlan Həsənova minnətdaram. Azərbaycan bayrağını Universiadada ilk yüksəldən idmançı olduğum üçün bu gün çox xoşbəxtəm”.