11:48 09-07-2013
news_image
1037
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız Meksikaya gedir

Taekvondo üzrə Azərbaycan milli komandası dünya çempionatına yollanır. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun vitse-prezidenti Nağı Səfərovun və Niyaməddin Paşayevin rəhbərliyi ilə səfər çıxacaq komanda iyulun 10-da Meksikaya yola düşəcək.

Bu ölkənin Puebla şəhərində keçiriləcək dünya çempionatına 15 idmançı ilə qatılacaq millimizin baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanov heyətə Mikayıl Əliyev (54 kq), Maqomedyasin İbrahimov (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) cəlb edib.

Qadinlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev isə heyətə Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Mikayılova (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyevanı (73 kq) daxil edib.

Qeyd edək ki, millimiz dünya çempionatı başa çatandan sonra - iyulun 25-də vətənə dönəcək