17:33 10-07-2013
news_image
1576
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovu növbəti qələbə liderliyə yüksəltdi - YENİLƏNİB

Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsində VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində baş tutan yarışda qüvvəsini sınayan 12 qrossmeyster növbəti matçlarında qüvvəsini sınayıb.

Ötən gün Rusiyadan olan şahmatçı Aleksandr Qrişuka uzun sürən matçdan sonra uduzan Şəhriyar Məmmədyarov bu dəfə də eyni ölkədən olan zəka sahibinə qalib gəlib. Bununla da həmyerlimiz liderliyi ələ keçirib. Turnirdə iştirak edən yeganə təmsilçimizin növbəti rəqibi ən yaxın izləyicilərindən Sergey Karyakin olacaq.


VI tur
10 iyul

Sergey Karyakin (Rusiya, 2776) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - 0:1
Veselin Topalov (Bolqarıstan, 2767) - Aleksandr Qrişuk (Rusiya, 2780) - 0,5:0,5
Van Yue (Çin, 2705) - Van Hao (Çin, 2752) - 1:0
Aniş Giri (Hollandiya, 2734) - Vasili İvançuk (Ukrayna, 2733) - 0,5:0,5
Morozeviç (Rusiya, 2780) - Qata Kamski (ABŞ, 2763) - 1:0
Boris Gelfand (İsrail, 2773) - Peter Leko (Macarıstan, 2737) - 0,5:0,5

Turnir cədvəli: Məmmədyarov, Karyakin, Qrişuk – 4, Giri, Topalov, Van Yue, Morozeviç - 3,5, Leko, İvançuk - 3, Van Hao, Gelfand -1,5, Kamski - 1