15:33 11-07-2013
news_image
1059
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan yığmaları Madridə gedir

İyulun 13-də İspaniyanın paytaxtı Madrid şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında “İspaniya Qran-Prisi” beynəlxalq turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yarışlarda 2 yığma və hakimlə təmsil olunacaq. Belə ki, sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalarımız da Qran-Pridə iştirak edəcək.

Məşqçilər David Kurtsiya və Semyon Çterovun başçılığı altında sərbəst güləş yığmasında Mahmud Məhəmmədov (55 kq), Qalib Əliyev (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Əşrəf Əliyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 96 kq) və Aslan Dzebişov yer alıb.

Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Ayub Azmudehin rəhbərliyi altında yunan-Roma güləşi yığması 4 çəki dərəcəsində turnirdə iştirak edəcək. Heyətə Rövşən Bayramov, Elçin Əliyev, Orxan Əhmədov (hamısı 55 kq), Həsən Əliyev, Vitali Rəhimov, Rüstəm Əliyev, Azad Əliyev (hamısı 66 kq), Emin Əhmədov (74 kq) və Saman Təhmasibi (84 kq) cəkb olunub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Mənbə: awf-az.org