17:42 11-07-2013
news_image
1323
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovdan növbəti qələbə - YENİLƏNİB

Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsində VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində baş tutan yarışda qüvvəsini sınayan 12 qrossmeyster növbəti matçlarında qüvvəsini sınayır.

Ötən gün Rusiyadan olan şahmatçı Sergey Karyakinlə uzun sürən matçdan sonra qalib gələn Şəhriyar Məmmədyarov bu dəfə Bolqarıstanın tanınmış idmançısı Veselin Topalovla görüşüb. Dünən liderlərə şərik olan təmsilçimiz bu gün də qələbə qazanmaqla liderliyini möhkəmlədib. Liderlər qrupundan daha bir şahmatçı – rusiyalı Aleksandr Qrişuk qələbə qazanmağa nail olub. Bunun sayəsində şimallı idmançı Şəhriyara şərik çıxıb. Bu cütlük ən yazın izləyicilərini 1 xal qabaqlayır.

VII tur
11 iyul


Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - Veselin Topalov (Bolqarıstan, 2767) – 1:0
Aleksandr Qrişuk (Rusiya, 2780) - Van Yue (Çin, 2705) - 1:0
Van Hao (Çin, 2752) - Aniş Giri (Hollandiya, 2734) – 1:0
Vasili İvançuk (Ukrayna, 2733) – Aleksandr Morozeviç (Rusiya, 2780) – 1:0
Qata Kamski (ABŞ, 2763) - Boris Gelfand (İsrail, 2773) – 0,5:0,5
Peter Leko (Macarıstan, 2737) - Sergey Karyakin (Rusiya, 2776) - 1:0


Turnir cədvəli: Məmmədyarov, Qrişuk - 5, Karyakin, Leko, İvançuk – 4, Giri, Topalov, Van Yue, Morozeviç - 3,5, Van Hao – 2,5, Gelfand - 2, Kamski – 1,5