17:08 12-07-2013
news_image
1733
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov yarım xalla barışdı - YENİLƏNİB

Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsində VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində keçirilən yarışda qüvvəsini sınayan 12 qrossmeyster növbəti matçlarına çıxacaq.

Dünən bolqarıstanlı şahmatçı Veselin Topalovu məğlub edib, liderliyini möhkəmləndirən təmsilçimiz Şəhriyar Məmmədyarov bu dəfə yerli idmançı Van Yueni sınağa çəkib. Aktivində 5 xal olan zəka sahibimiz qara fiqurlarla oynadığı görüşdə yarım xalla kifayətlənib.

Digər görüşlərdə isə Sergey Karyakin Veselin Topalova uduzub, Boris Gelfand Vasili İvançuka qalib gəlib. Aniş Giri ilə Aleksandr Qrişuk, Aleksandr Morozeviçlə Van Hao, Peter Leko ilə Qata Kamski isə xalı bölüb.


VIII tur
12 iyul

Sergey Karyakin (Rusiya, 2776) - Veselin Topalov (Bolqarıstan, 2767) - 0:1
Van Yue (Çin, 2705) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - 0.5:0.5
Aniş Giri (Hollandiya, 2734) - Aleksandr Qrişuk (Rusiya, 2780) - 0.5:0.5
Aleksandr Morozeviç (Rusiya, 2780) - Van Hao (Çin, 2752) - 0.5:0.5
Boris Gelfand (İsrail, 2773) - Vasili İvançuk (Ukrayna, 2733) - 1:0
Peter Leko (Macarıstan, 2737) - Qata Kamski (ABŞ, 2763) - 0.5:0.5


Turnir cədvəli: Məmmədyarov, Qrişuk - 5,5, Leko, Topalov – 4,5, Karyakin, İvançuk – 4, Giri, Van Yue, Morozeviç - 4, Van Hao, Gelfand - 3, Kamski – 2