08:39 12-07-2013
news_image
1042
STOLÜSTÜ OYUNLAR

“Mən belə gediş bilmirəm”

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Çinin paytaxtı Pekində keçirilən Qran-Prinin V mərhələsi çərçivəsində qazandığı növbəti qələbəsinə şərh verib. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı Veselin Topalovla görüşü erkən başa vuran təmsilçimiz qarşılaşmanın tez bitməsini rəqibi ilə əlaqələndirib.

Şəhriyar oyundan sonra bildirib ki, qara fiqurlarla oynayan rəqibi 9-cu gedişdə kobud səhvə yol verib: “Mən heç belə gediş bilmirəm. Bundan sonra ağ fiqurlar avtomatik üstünlük qazanır”.

Qeyd edək ki, VII turda baş tutan qarşılaşma 24-cü gedişdə həmyerlimizin qələbəsi ilə başa çatıb.