18:03 14-07-2013
news_image
1806
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov liderliyini möhkəmləndirdi - YENİLƏNİB

Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsində IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində keçirilən yarışda qüvvəsini sınayan 12 qrossmeyster növbəti matçlarına çıxıb.

Aktivində 5,5 xal olan və turnir cədvəlinə başçılıq edən təmsilçimiz Şəhriyar Məmmədyarov bu dəfə Aniş Giri ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan zəka sahibimiz hollandiyalı şahmatçını məğlub edərək, xalını 6,5-ə yüksəldib və ilk pillədə vahid lider olub.

Digər görüşlərdə isə qalib müəyyənləşməyib. Belə ki, Qata Kamski ilə Sergey Karyakin, Vasili İvançukla Peter Leko, Van Hao ilə Boris Gelfand, Aleksandr Qrişukla Aleksandr Morozeviç və Veselin Topalovla Van Yue heç-heçəyə razılaşıb.

IX tur
14 iyul

Qata Kamski (ABŞ, 2763) - Sergey Karyakin (Rusiya, 2776) - 0,5:0,5
Vasili İvançuk (Ukrayna, 2733) – Peter Leko (Macarıstan, 2737) - 0,5:0,5
Van Hao (Çin, 2752) - Boris Gelfand (İsrail, 2773) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2780) - Aleksandr Morozeviç (Rusiya, 2780) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - Aniş Giri (Hollandiya, 2734) - 1:0
Veselin Topalov (Bolqarıstan, 2767) - Van Yue (Çin, 2705) - 0,5:0,5


Turnir cədvəli: Məmmədyarov – 6,5, Qrişuk - 6, Leko, Topalov – 5, İvançuk, Karyakin, Van Yue, Morozeviç – 4,5, Giri – 4, Van Hao, Gelfand - 3,5, Kamski – 2,5.