18:44 14-07-2013
news_image
1212
DÖYÜŞ NÖVLƏRİ

Səmədov və Həsənov Kazanda bürünc medala sevindi

Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadası davam edir. Apasport.az saytının məlumatına görə, bu gün sambo üzrə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.

52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov Venesuela idmançısı Mateiksa Qastelyanonu və tacikistanlı samboçu Suxrob Muminovu məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda isə təmsilçimiz qazaxıstanlı idmançı Beymbet Kanjanovaya uduzub. Bürünc medal uğrunda görüşdə isə Səmədov Türkmənistandan olan samoçu Rüstəm İsmayılovaya 4:0 hesabı ilə qalib gəlib.

Digər idmançımız Emil Həsənov (68 kq) da 3-cü yerə sahib olub. O, müvafiq olaraq Eldiyar Jarkınbayı (Qırğızıstan) və Katalin Bratuleskunu (Rumıniya) üstələyib, yarımfinala yüksəlib. Burada isə təmsilçimiz yerli idmançı Denis Davudovaya uduzub. Həlledici yarışda isə Həsənov koreyalı idmançı Min Suk Yunqun öhdəsindən gəlməyi bacarıb.