16:57 15-07-2013
news_image
1972
STOLÜSTÜ OYUNLAR

Məğlubiyyət Məmmədyarovu zirvədən salmadı - YENİLƏNİB

Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsində X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində keçirilən yarışda qüvvəsini sınayan 12 qrossmeyster növbəti matçlarına çıxıb.

Yarışın sonuna 2 tur qalmış hesabındakı 6,5 xalla turnir cədvəlinə başçılıq edən təmsilçimiz Şəhriyar Məmmədyarov elə bu gün qalib adını təmin edə bilərdi. Bu, rusiyalı Aleksandr Morozeviçlə görüşən şahmatçımız qara fiqurlarla qalib gələcəyi və ən yaxın izləyicisi Aleksandr Qrişukun məğlubiyyəti sayəsində mümkün olacaqdı. Ancaq Şəhriyar uduzsa da, liderliyini əldən verməyib. Məmmədyarov son turda Boris Gelfandla üzləşəcək.


X tur
15 iyul

Aleksandr Morozeviç (Rusiya, 2780) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - 1:0
Boris Gelfand (İsrail, 2773) - Aleksandr Qrişuk (Rusiya, 2780) - 1:0
Peter Leko (Macarıstan, 2737) - Van Hao (Çin, 2752) - 0,5:0,5
Aniş Giri (Hollandiya, 2734) - Veselin Topalov (Bolqarıstan, 2767) - 1:0
Sergey Karyakin (Rusiya, 2776) - Van Yue (Çin, 2705) - 0,5:0,5
Qata Kamski (ABŞ, 2763) – Vasili İvançuk (Ukrayna, 2733) - 1:0


Turnir cədvəli: Məmmədyarov – 6,5, Qrişuk - 6, Leko, Morozeviç - 5,5, Topalov, Karyakin, Van Yue, Giri – 5, İvançuk, Gelfand – 4,5, Van Hao - 4, Kamski – 3,5.