18:00 15-07-2013
news_image
1263
DİGƏR NÖVLƏR

“Qrupumuzda ilk 2 yeri tutmağa real şansımız var”

“Hokkeyçilərimiz yarışa yaxşı hazırlaşıblar. Yoxlama oyunlarda qızlarımız özlərini yaxşı cəhətdən göstərə bildilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri qadınlardan ibarət Azərbaycan otüstü hokkey yığmasının baş məşqçisi Adil Paşayev deyib.

İyunun 22-dən 28-dək Fransada keçiriləcək Avropa çempionatına səfər ərəfəsində Azərbaycan Otüstü Hokkey Federasiyasının rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis, əməkdar məşqçi şansları dəyərləndirib: “Heyətdə 4-5 nəfər perspektivli azərbaycanlı oyunçunun yer alması bizi sevindirsə də, onların özlərinə inamı əsas şərtdir. Ümüdvaram ki, məsul yarışda təcrübəli hokkeyçilərlə gənclərin birgə səyi nəticəsində qarşıya qoyduğumuz vəzifənin öhdəsindən gələ biləcəyik. Qrupumuzdan ukraynalıların və bizim ilk 2 yeri tutmağa real şansımız var. Amma hadisələri qabaqlamaq istəmirəm. İlk oyunda yerli Fransa komandasına qarşı çıxış etməyimiz də o qədər ürəkaçan deyil. Hər halda, inanıram ki, yığmamız əsas vəzifənin öhdəsindən gələrək, güclülər dəstəsinə vəsiqə qazana biləcək”.