13:30 16-07-2013
news_image
2078
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov Çin Qran-Prisinin qalibi oldu - YENİLƏNİB

Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində keçirilən yarışın son günündə 12 iştirakçı sonuncu – 11-ci turun matçlarını keçirib.

Bu turadək yarışın lideri olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Boris Gelfanmdala heç-heçə edərək mərhələnin qalibi olub. Təmsilçimiz ən ayzın izləyicisi Aleksandr Qrişukun Peter Leko ilə erkən heç-heçəsindən sonra yarım xalla razılaşıb. Bunun sayəsində də həmyerlimiz Çin turnirinin qalibi olub.

Digər görüşlərdə isə Vasili İvançukla Sergey Karyakin və Van Yue ilə Aniş Giri heç-heçəyə razılaşıblar. Son turda Van Hao Qata Kamski, Veselin Topalov Aleksandr Morozeviç üzərində qələbə qazanıb.


XI tur
16 iyul

Vasili İvançuk (Ukrayna, 2733) - Sergey Karyakin (Rusiya, 2776) - 0,5:0,5
Van Hao (Çin, 2752) - Qata Kamski (ABŞ, 2763) - 1:0
Aleksandr Qrişuk (Rusiya, 2780) - Peter Leko (Macarıstan, 2737) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - Boris Gelfand (İsrail, 2773) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2767) - Aleksandr Morozeviç (Rusiya, 2780) - 1:0
Van Yue (Çin, 2705) - Aniş Giri (Hollandiya, 2734) - 0,5:0,5


Turnir cədvəli: Məmmədyarov – 7, Qrişuk - 6,5, Leko, Topalov - 6, Morozeviç, Karyakin, Van Yue, Giri – 5,5, İvançuk, Gelfand, Van Hao - 5, Kamski – 3,5.