14:40 16-07-2013
news_image
920
STOLÜSTÜ OYUNLAR

Qran-Prinin qalibi müəyyənləşdi

Şahmat üzrə kişilər arasında Qran-Prinin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində keçirilən V mərhələdən sonra bolqarıstanlı Veselin Topalov yarışın qalibi adını qazanıb.

Sonuncu – VI mərhələdə iştirak etməyəcək qrossmeyster həmin yarışın nəticəsindən asılı olmayaraq ümumi hesabda birinci olub. Topalov buna Pekin mərhələsinin son turundakı qələbə ilə nail olub. Bolqarıstanlıya qalib adı üçün 410 xal kifayət edib.

Pekində I yeri tutmaqla ümumi hesabda 390 xal yığan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2-ci pillədə qərarlaşıb. Təmsilçimiz də çıxışını başa vurduğu üçün xalını artıra bilməyəcək. Son mərhələdə çıxış edənlərdən ikisi – Aleksandr Qrişuk və Fabiano Karuano isə həmyerlimizi bu mövqedən sıxışdırmaq şanslarına malikdir. Bunun üçün onların hər biri şəriksiz lider olmalıdır. Bu isə o deməkdir ki, Məmmədyarov ən pis halda onlardan birini önə buraxıb 3-cü olacaq.

Qeyd edək ki, Qran-Prinin ümumi hesabında ilk 2 yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.