11:13 18-07-2013
news_image
2278
DÖYÜŞ NÖVLƏRİ

Fəridə Əzizova dünya çempionatının bürünc mükafatını qazandı - FOTO

Meksikanın Puebla şəhərində keçirilən dünya çempionatının 3-cü günü millimiz üçün uğürlu alınıb. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət yığmamızın üzvü Fəridə Əzizova 67 kq çəki dərəcəsində bürünc medal qazanıb.

İlk döyüşdə rəqibi Fanal Lalrempuiinə (WTF) 4:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti döyüşünü Perisiç Dojanaya (Serbiya) qarşı keçirib. İdmançımız 2:2 hesablı bərabərliyə qalaraq rəqibini qızıl xalla məğlub edib. Çinli idmançı Qvo Tun Fei ilə döyüşdən 3:0 hesablı inamlı qələbədən sonra taekvondoçumuz yarımfinala yüksəlib.

Bu mərhələdə tayvanlı Çuanq Çia Çia idmançımızı məğlub edib - 5:8. Bununla da Fəridə dünya çempionatında bürünc medal qazanan ilk qadın idmançı kimi Azərbaycan taekvondo tarixinə düşüb.

Qeyd edək ki, Əzizova 2009-cu ildə yeniyetmələr arasında Xorvatiyada kecirilən Avropa çempionatının bürünc mükafatçısı, 2012-ci ildə Misirdə, gənclər arasında dünya çempionatının qızıl mükafatçısı və 2013 –cü ildə Moldovanın Kişinyov şəhərində keçirilən 16-21 yaşlılar arasında Avropa çempionatının qalibi olmuşdur.