12:20 18-07-2013
news_image
1337
STOLÜSTÜ OYUNLAR

“Belə matç keçirilsə, FİDE-yə Şəhriyar Məmmədyarovun iştirakını təklif edərdim”

“Qran-Pri”nin qalan mərhələsi hazırkı vəziyyətdə heç bir əhəmiyyət daşımır. Namizədlərin oyununa vəsiqə isə şahmat dünyasına daha çox maraqlı olacaq. Belə matç keçirilsə, FİDE-yə hazırda 2-ci mövqedə olan Şəhriyar Məmmədyarova iştirak etməyi təklif edirdim. Turnirin harda keçirilməyindən asılı olmayaraq, Şəhriyar təşkilatçıları təmsil etsin”. Apasport.az saytının məlumatına görə, bu fikirləri rusiyalı biznesmen Oleq Skvortsov deyib.

Şahmat üzrə “Qran-Pri”yə sponsorlardan olan iş adamı turnirin Çində keçirilən 5-ci mərhələsinin qalibi olan Şəhriyar Məmmədyarovun iddiaçıların turnirinə vəsiqə verən turnirə qatılmağını istəyir: “Əgər Məmmədyarova wild-card verilməyi mümkün olmazsa, onda ehtiyat variantı kimi bunu təklif etmək olar: Şəhriyar, Aleksandr Qrişuk və Fabian Karuan arasında matç-turnir keçirilsin. Bu, Məmmədyarov üçün də məna kəsb edir. Axı ya Qrişuk, ya da Karuanın “Qran-Pri”nin həlledici mərhələsində 1-ci yeri tutmaq şansı yetərincə çoxdur. Bunda digər iştirakçıların iddialarının tam olmadığını nəzərə almalıyıq. Əgər bütün maraqlı tərəflər – şahmatçılarla FİFA razılaşarsa, mən bu matç, yaxud matç-turnirin keçirilməyinin təşkilində öz iştirakıma baxmağa hazıram. Təbii ki, bunu yaxşı yerdə, qrossmeysterləri razı qaldığı yaxşı yerdə keçirəcəyik”.