11:14 22-07-2013
news_image
1057
DİGƏR NÖVLƏR

Nazirlik “apasport”un əməkdaşını fəxri fərmanla təltif etdi

Bu gün Gənclər və İdman Nazirliyində 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə iştirak edən nazir müavinləri İsmayıl İsmayılov və İntiqam Babayev gənclər və idman sahəsində mətbuatın rolundan danışıblar. Bildirilib ki, uğurların mətbuatda işıqlandırılması idmançı və gəncləri daha da həvəsləndirir, növbəti müvəffəqiyyətlər üçün zəmin yaradır.

İdman mətbuatından danışan İsmayılov həmkarlarımızın işini yüksək qiymətləndirib. Nazir müavini bildirib ki, qələbələrin qazanılmasında mətbuatın da rolu az deyil. Çünki nəticələrin işıqlandırılması təmsilçilərimizi daha da həvəsləndirir.

Tədbirin sonunda jurnalistlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Fəxri fərmanla təltif olunanlar arasında apasport.az saytının əməkdaşı Tahir Hümmətov da olub.