16:45 22-07-2013
news_image
1335
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovla Rəcəbov üçün 13 rəqib

Peşəkar şahmatçılar Assosiasiyasının kubokunda çıxış edəcək 16 iştirakçıdan 15-i dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysterləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da Latviyanın paytaxtı Riqada baş tutacaq yarışa qatılacaq.

Bu il sentyabrın 12-15-də keçiriləcək yarışda təmsilçilərimiz Pyotr Svidler, Aleksandr Qrişuk, Sergey Karyakin, Aleksandr Morozeviç, Ruslan Ponomaryov, Dmitri Yakovenko, Aleksey Şirov, Pavel Elyanov, Aleksandr Moiseyenko, İqor Kurnosov, Vladimir Malaxov, Radoslav Voytaşek, Loran Fressine ilə mübarizə aparacaq. 16-cı iştirakçının qeyri-müəyyən qalması isə Vasili İvançukun imtinası ilə bağlıdır.