12:22 26-07-2013
news_image
1401
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədlidən “-3”

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün yenə də uğurlu olmayıb.

Belə ki, son illər “qara zolağa” düşən Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) geriləməkdə davam edir. Cüdoçumuz bu dəfə daha 3 rəqibini özündən irəli buraxaraq, 42-ci yerə enib. Onun kimi Nicat Şıxəlizadə (66 kq) və Tural Səfquliyev (81 kq) də ötən ayla müqayisədə hərəyə 3 pillə aşağı düşüblər: müvafiq olaraq, 11-ci və 27-ci yer. Peter Zayzenbaherin başçılıq etdiyi komandada Ramilə Yusubova (63 kq) da geriləyənlər siyahısındadır. Təmsilçimiz 40-cı pilləni 41-ə dəyişib.

Onlardan fərqli, 4 idmançımız - İlqar Müşkiyev (60 kq), Rüstəm Orucov (73 kq), Kifayət Qasımova (57 kq) və Şahin Qəhrəmanov (90 kq) irəliləyiblər. Bu cüdöçular müvafiq olaraq, 15-ci (+13), 10-cu (+1), 24-cü (+3) və 10-cu (+1) yerlərə yüksəliblər. Tərlan Kərimovla (66 kq, 29-cu yer) Elxan Məmmədov (100 kq, 2) isə mövqelərini qoruyublar.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.