13:42 26-07-2013
news_image
1006
DİGƏR NÖVLƏR

Dünya çempionatında yarımfinala daha 1 vəsiqə

Avstriyanın Lints şəhərindəki 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanı təmsil edən daha bir duet yarımfinala yüksəlib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, az öncə təsəlli yürüşlərinə qatılan İvan Antov - Boris Yotov dueti ilk “3-lüy”ə düşməyi bacarıb.

Onlar 2 nəfərlik qoşa avarlı qayıqla (BM2x) 2000 metr məsafəyə yürüşdə 6 dəqiqə 35,71 saniyə nəticə ilə 3-cü olublar. İyulun 25-də isə 2 nəfərlik sükansız qayıqla (BM2-) yarışan İqor Luçiç - Luka Dordeviç dueti seçmə mərhələdə 2-ci olaraq, birbaşa yarınfinala vəsiqə qazanıb. İlk dəfə dünya çempionatı həyəcanı yaşayan Fərid Saadov isə 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1x) həm seçmə, həm də təsəlli yürüşündə sonuncu olduğundan, E finalında (25-ci yer uğrunda) mübarizə aparmalı olacaq.

Qeyd edək ki, həm yarımfinal yürüşləri, həm də E finalı iyulun 27-də olacaq.