18:34 26-07-2013
news_image
2512
DİGƏR NÖVLƏR

Fövqəladə Hallar Nazirliyində üzgüçülük yarışı keçirildi - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubu ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş silsilə idman yarışlarına birini daha əlavə edib. Fövqəladə Hallar Nazirliyindən apasport.az saytına verilən məlumatına görə, bu gün FHN qurumları arasında keçirilən üzgüçülük yarışı Dövlət Yanğından Mühavizə Xidmətinin hovuzunda həyata keçirilib.

19 komandadan 40-a yaxın idmançının iştirak etdiyi yarışa Məmməd Cəfər-zadə hakimlik edib. Yarışdan əvvəl sentyabr ayı üçün nəzərdə tutulan FHN qurumları arasında keçiriləcək olan “Səmti müəyyən etmə” çempionatının seminarı keçirilib. Qurum nümayəndələrinin iştirak etdiyi seminarda baş tutacaq yarışın məqsəd və vəzifələri, yarış haqqında məlumat, keçirilmə yeri və zamanı bildirilib.

2 mərhələdən ibarət olan yarışda idmançılar şəxsi və komanda hesabı ilə yarışıblar. 100 metrdə komanda hesabı ilə yarışıb ən yaxşı nəticə götərən 8 idmançı 50 metr daha üzməklə birincilik uğrunda mübarizə aparıb.

Komanda hesabı ilə 2:09 saniyədə Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) birinci yerə, 2:23 saniyədə Mülki Müdafiə Qoşunları (MMQ) ikinci yerə, 2:31 saniyədə isə Dövlət Yanğından Mühavizə Xidməti isə üçüncü yerə layiq görülüb.

Şəxsi hesabda birinci yerin sahibi, DSXX əməkdaşı Babayev Anar, ikinci yer Britvin Emin (MMQ ), üçüncü yer Mansurov Orxan ( FHN Akademiya ) diplom, kubok və mükafatlarla İdman-Sağlamlıq klubu rəisi, polkovnik Füzuli Musayev tərəfindən təltif olunublar.