19:40 29-07-2013
news_image
767
DİGƏR NÖVLƏR

“Baku Cup 2013” turnirində cütlüklərin yarışına yekun vuruldu

"Baku Cup 2013" turnirində cütlüklərin yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, final matçında Eleni Danilidou (Yunıstan) / Aleksandra Kruniç (Serbiya) cütlüyü ilə İrina Buryaçok (Ukrayna) / Oksana Kalaşnikova (Gürcüstan) cütlüyü qarşılaşıb.

Danilidou / Kruniç cütlüyü böyük əzmkarlıq nümayiş etdirərək güclü rəqibləri qarşısında ilk seti 6:4 öndə bitirib. Lakin onların bundan artığına gücü çatmayıb. Növbəti 2 setdə qalib gələn (7:6, 10:4) Buryaçok / Kalaşnikova cütlüyü "Baku Cup 2013" turnirində cütlüklərin yarışında çempion olublar.

Final matçında dərhal sonra mükafatlandırma mərasimi baş tutub. Mükafatı finalçılara "Baku Cup 2013" turnirinin direktoru Leyla Mesxi, WTA supervayzeri Çen Şu və Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev təqdim edib.

Qaliblər kubok və dəyərli hədiyyələrlə yanaşı WTA reytinqində 280 reytinq xalı və 11 500 ABŞ dolları mükafat əldə edib. 2-ci yerə çıxan cütlük isə 200 reytinq xal ilə yanaşı 6 min ABŞ dolları qazanıb.

Qeyd edək ki, İrina Buryaçok "Baku Cup 2012"də də cütlüklərin yarışına çempionluğa yiyələnib.