16:11 31-07-2013
news_image
819
DİGƏR NÖVLƏR

Veteran idmançımızdan yetirmələrinə örnək

Xorvatiyanın Osiyek şəhərində gülə atıcılığı üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışa 3 idmançı ilə qatılan Azərbaycan millisi hələ də medal qazana bilməyib.

Belə ki, hədəf önünə həmyerlilərimizdən öncə Nəzminə Səmədova çıxıb. Lakin o, gənclər arasında 25 m məsafəyə atəşaçmada 542 xalla 33-cü yeri tutub. Digər idmançımız Ruslan Lunyov da özünü doğrulda bilməyib. O, 50 m məsafədə 18-ci (551 xal), 25 m məsafədə isə 35-ci (rapid, 541) pillədə qərarlaşıb.

Onlarla müqayisədə komandamızın baş məşqçisi, veteran üzvü İradə Aşumova daha yaxşı nəticə göstərib. Olimpiya mükafatçımız yetirmələrindən ön sırada qərarlaşıb. O, 25 m məsafəyə atəşaçmada 579 xalla 10-cu olub.

Qeyd edək ki, avqustun 3-də başa çatacaq Avropa çempionatında hələ bir şansımız qalıb. Ruslan sabah 25 m məsafədən (standart) yenidən atəş açacaq.