15:00 01-08-2013
news_image
1061
DİGƏR NÖVLƏR

Millimiz dünya çempionatında 30-cu yeri tutdu

Paralimpiyaçı atletlər arasında Fransada keçirilən dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa qatılan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.

Belə ki, Vladimir Zayetsin çempionluğunun (3 təkanla tullanma) ardından paralimpiyaçılarımız daha 3 medal qazanıb. Komandamızın heyətində Samir Nəbiyevlə (disk atma, 45.77 m) Kamil Əliyev (6.99 m) ikinci, Rza Osmanov (6.88 m, hər ikisi uzununa tullanma) üçüncü olub.

Qeyd edək ki, dünya çempionatında 85 ölkənin millisi mübarizə aparıb. Yığmamız komanda hesabında 30-cu yeri tutub.