17:45 01-08-2013
news_image
1183
STOLÜSTÜ OYUNLAR

6 pillə öndə

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, avqust ayı üçün açıqlanan siyahının ilk “iyirmiliy”ində yenə cəmi 1 azərbaycanlı yer alıb.

Belə ki, son turnirlərdə inamlı təsir bağışlayan Şəhriyar Məmmədyarov birdən-birə 6 pillə irəliləyərək, 6-cı yerə yüksəlib. Qrossmeysterimizin aktivində 2775 xalı var. Onun kimi Teymur Rəcəbov (2733) da mövqeyini yaxşılaşdırıb. Son yarışlara qatılmayan həmyerlimiz rəqiblərinin geriləməsi səbəbindən 23-cü yeri 21-ə dəyişib. İlk “yüzlük”də isə Eltac Səfərli (2660) yer alıb. O, 1 zəka sahibini özündən irəli buraxaraq, 87-ci pilləyə enib.

Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. 25 yaşlı norveçli Maqnus Karlsenin (2862) başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2813) ikinci, italiyalı Fabiano Karuana (2796) üçüncüdür.