09:00 02-08-2013
news_image
989
DİGƏR NÖVLƏR

Yenə hədəfə düşə bilmədi

Xorvatiyanın Osiyek şəhərində güllə atıcılığı üzrə davam edən Avropa çempionatı Azərbaycan millisi üçün vaxtından əvvəl başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 3 idmançı ilə qatılan yığmamız yenə vətənə medalsız qayıdacaq.

Belə ki, Ruslan Lunyov son şansından da istifadə edə bilməyib. 25 m məsafəyə (standart) atəş açmada o, 29-cu yeri tutub.

Qeyd edək ki, daha öncə Lunyovla yanaşı, İradə Aşumova və Nəzminə Səmədova da uğursuz çıxışı ilə yadda qalmışdı.